• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

MTRŞ aparıcıların efirdə yol verdiyi nöqsanları açıqladı - SİYAHI

MTRŞ aparıcıların efirdə yol verdiyi nöqsanları açıqladı - SİYAHI
30.12.2019 16:41
"Efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb"."Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2019-ci il üzrə hesabatında bildirilib.Həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilib:

- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;

- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyl etməsi;

- aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:

- bəzi aparıcıların ləhcədə danışması;

- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.

Bundan başqa, il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilib.

Radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol