• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

MTRŞ aparıcıların qüsurlarını açıqlayıb

MTRŞ aparıcıların qüsurlarını açıqlayıb
29.05.2020 06:57
"İl ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb”.

APA-nın xəbərinə görə, bu, Milli Televiziya və Radio Şurasının (MTRŞ) illik hesabatında bildirilib.

"Həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilib:

aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;

aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi; aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:
bəzi aparıcıların ləhcədə danışması;

verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s", - hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb, monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilib və müvafiq şəkildə sənədləşdirilib: "Radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbail rayonunda yanğın başlayıb
Cəmiyyət 23:52
Səbail rayonunda yanğın başlayıb
Bu ərazilərdə qaz olmauacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə qaz olmauacaq
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 21:30
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 21:00
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Qəbələdə turistlər qəzaya düşüb
Cəmiyyət 19:51
Qəbələdə turistlər qəzaya düşüb
Şahin Şıxlinski həbs edilib
Cəmiyyət 19:50
Şahin Şıxlinski həbs edilib
Qubada maşın çaya aşıb - Xəsarət alanlar var
Cəmiyyət 19:19
Qubada maşın çaya aşıb - Xəsarət alanlar var
Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 17:55
Bəzi ərazilərdə işıq olmayacaq
Bakıda və regionlarda havada toz normanı aşıb, şərait üç gün davam edə bilər
Cəmiyyət 16:53
Bakıda və regionlarda havada toz normanı aşıb, şərait üç gün davam edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol