• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Türkiyədə Yeni il ərəfəsi təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyədə Yeni il ərəfəsi təhlükəsizlik tədbirləri gücləndirilib
30.12.2019 23:50
Bu il Türkiyədə Yeni il şənlikləri zamanı ictimai asayişi və təhlükəsizliyi təmin etmək üçün 300 mindən çox təhlükəsizlik əməkdaşı xidmətə cəlb ediləcək.

APA-nın "Daily Sabah"a istinadən verdiyi məlumata görə, ölkənin əsas şəhər və qəsəbələrində ümumilikdə 233 min 723 polis, 83 min 398 jandarma qüvvələri aktiv şəkildə üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər.

Daxili İşlər Nazirliyindən bölgələrə göndərilən bildirişdə ictimai-iaşə obyektlərində, o cümlədən hava limanlarında, qatar stansiyalarında və avtobus terminallarında, bir sözlə turistlərin daha çox cəmləşdiyi yerlərdə təhlükəsizliyin artırılması əmr edilib. 

Turizm sektoru mütəxəssislərinin fikrincə, turistlər xizək turizminə son iki ildə daha çox maraq göstərirlər. Bu sahəyə keçən il təxminən 6 milyon yerli və xarici turist axın etmişdisə, cari ildə bu rəqəmin 6,5 milyona çatacağı gözlənilir.

Eyni zamanda iqlim şəraiti nəzərə alınmaqla nəqliyyat vasitələrinin idarə edilməsinə də diqqət artırılıb. Sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsinin qarşısını almaq məqsədilə şəhərlərə çox sayda yol polisi qüvvələri göndərilib. 

Təhlükəsizlik tədbirləri daha çox İstanbulda təmin ediləcək. Burada 60 min təhlükəsizlik əməkdaşları və 800-ə yaxın xidməti avtomobillər gecə-gündüz xidmətdə olacaqlar. 

İstanbulun mərkəzində yerləşən Taksim Meydanı xüsusilə nəzarətdə olacaq. Bu meydan Yeni ili qarşılamağa gələn turistlərin ən çox toplaşdığı məkandır.
Xatırladaq ki, 3 il əvvəl yeni il gecəsi İstanbulun "Reina” gecə klubuna terror hücumu edilmişdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbail rayonunda yanğın başlayıb
Cəmiyyət 23:52
Səbail rayonunda yanğın başlayıb
Bu ərazilərdə qaz olmauacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə qaz olmauacaq
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 21:30
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 21:00
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Qəbələdə turistlər qəzaya düşüb
Cəmiyyət 19:51
Qəbələdə turistlər qəzaya düşüb
Şahin Şıxlinski həbs edilib
Cəmiyyət 19:50
Şahin Şıxlinski həbs edilib
Qubada maşın çaya aşıb - Xəsarət alanlar var
Cəmiyyət 19:19
Qubada maşın çaya aşıb - Xəsarət alanlar var
Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 17:55
Bəzi ərazilərdə işıq olmayacaq
Bakıda və regionlarda havada toz normanı aşıb, şərait üç gün davam edə bilər
Cəmiyyət 16:53
Bakıda və regionlarda havada toz normanı aşıb, şərait üç gün davam edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol