• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

ELİNA İŞİ: Məhkəmə şikayəti təmin etmədi - FOTOLAR

ELİNA İŞİ: Məhkəmə şikayəti təmin etmədi - FOTOLAR
08.01.2020 16:32
Bakı Apellyasiya Məhkəməsində 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsindəki hökmdən zərərçəkmiş tərəfin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Anews.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Səbail Rayon Məhkəməsinin hökmündən narazı olduqlarını bildirib.

Mərhum Elina Hacıyevanın anası məhkəmədə çıxış edərək, hakimdən qızının qanının yerdə qalmamasını xahiş edib. 

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Sevinc Abbasova isə çıxışında bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror çıxışında müdafiə tərəfinin verdiyi  şikayətin təmin edilməməsini istəyib.

Məhkəmə müşavirədən sonra qərarını elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Həmçinin məhkəmə S.Abbasovaya elektron qolbaq taxılması barədə hökm çıxarıb.

Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.

Hadisə il bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
 
Həzi bəy
Fotolar: Mahir Rüstəmli





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Cəmiyyət 11:22
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Ağacəkmə aksiyası keçirilib
Cəmiyyət 12:33
Ağacəkmə aksiyası keçirilib
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Cəmiyyət 14:31
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri həlak olub
Cəmiyyət 10:11
Azərbaycan Ordusunun əsgəri həlak olub
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Cəmiyyət 18:11
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Bu il neçə uşaq
Cəmiyyət 17:42
Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol