Ərdoğan İmamoğlunu geridə qoyur
Əkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı seçkilərində uğur qazanandan sonra Rəcəb Tayyib Ərdoğanın əsas rəqibinə çevrildi. Türkiyə prezidenti olmaq uğrunda növbəti seçki mübarizəsində onun şansı çoxdur.
Bizimyol.info xəbər verir ki, "Artıbir” araşdırma şirkətinin sorğusu da İmamoğlunun iddiasını ortaya qoyub. Sorğuda Ərdoğanın əsas rəqibi məhz İstanbul bələdiyyə başqanı olub.
İstənilən halda, indiki prezidentin şansı daha yüksəkdir. Ərdoğan İmamoğlunu 11 xal geridə qoyub. Respondentlərin 45,4 faizi dövlət başçısının adını çəkib. İmamoğluna fikri soruşulanların 35,6 faizi güvəndiyini bildirib.
Üçüncü pillədə Selahettin Demirtaş (8,6) qərarlaşıb. Respondentlərin 3,1 faizi variantların heç birini seçmək istəməyib. Qərarsız qalanlar (5,7) və fikir bildirməyənlər (2,5) də olub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər