• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

DTX rəisinə yeni vəzifə verildi - PREZİDENTDƏN SƏRƏNCAM

DTX rəisinə yeni vəzifə verildi - PREZİDENTDƏN SƏRƏNCAM
28.05.2020 20:22
Prezidentin "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2004-cü il 15 noyabr tarixli 519 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında dəyişiklik edilib. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (Əli Nağıyev) təyin olunub. 

Müdafiə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Xarici İşlər nazirinin müavini, Ədliyyə nazirinin müavini, Səhiyyə nazirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru (Xanlar Vəliyev), Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri (Azay Quliyev), AZƏRTAC-ın İdarə Heyətinin sədri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Komissiyanın üzvləri olublar. 

Komissiyanın katibi isə Dövlət Komissiyasının işçi qrupunun rəhbəridir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
Cəmiyyət 14:55
Ötən il Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
Naxçıvanda əhalinin sayı açıqlanıb
Cəmiyyət 14:49
Naxçıvanda əhalinin sayı açıqlanıb
Bakıda süpürgəçini maşın vurub
Cəmiyyət 14:23
Bakıda süpürgəçini maşın vurub
Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadılıb
Cəmiyyət 14:15
Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadılıb
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
Cəmiyyət 13:41
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub

AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb
Cəmiyyət 13:21
AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb

Şənbə günü hava necə olacaq?
Cəmiyyət 12:40
Şənbə günü hava necə olacaq?

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub
Cəmiyyət 12:26
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub
Deputat baş nazirdən xahiş edib ki, Lerikdə idman kompleksinin tikilməsinə vəsait ayırsın
Cəmiyyət 12:20
Deputat baş nazirdən xahiş edib ki, Lerikdə idman kompleksinin tikilməsinə vəsait ayırsın
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol