• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinə PİS XƏBƏR

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinə PİS XƏBƏR
29.05.2020 04:52
Xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycan ərazisində qaydaları pozan, amma cəriməsini ödəməyən sürücülər sərhədi keçə bilməyəcəklər,  bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, əvvəllər xarici ölkə qeydiyyatlı avtomobillərin sürücüləri Azərbaycana gələrkən qaydaları kobud şəkildə pozub sonra da sərhədi rahat keçə bilirdilər. Artıq həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasiələrin köməyi ilə qeydə alınır.

Hətta bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi sərhəd-keçid məntəqələrinə inteqrasiya edilib. Odur ki, həmin sürücülərin qayda pozuntularını sərhəd-keçid məntəqələrinin əməkdaşları da görə bilirlər.

Qeyd edək ki, bu qayda təkcə xarici ölkə qeydiyyatlı avtomobillərə yox, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücülərinə də aiddir.
Kamran Əliyev onu da bildirib ki, Azərbaycan qeydiyyatlı avtomobillərin sürücülərinə, törətdikləri inzibati xəta ilə bağlı ətraflı məlumat ''sms''lə göndərilir. Amma xarici ölkə qeydiyyatlı avtomobillərin sürücülərinə bu hələ ki, mümkün deyil.

Onu da qeyd edək ki, bazalar inteqrasiya edilmədən əvvəl xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycanda qayda pozan sürücü öz ölkəsinə qayıdıbsa, o, yenidən maşınla gələndə sərhəddə cəriməsini ödəyəcək. Və yaxud da qayda pozduğu avtomobili başqa bir şəxsə satıbsa, avtomobilin yeni sahibi Azərbaycana gələrkən inzibati xətanın cəriməsini ödəmədən daxil ola bilməyəcək.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol