• $
  • £

Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu

Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
29.05.2020 06:16
Tanınmış azərbaycanlı biznesmen, "LUKOİL”in prezidenti Vahid Ələkbərovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.
Görüş haqda məlumat Kremlin rəsmi saytında dərc edilib.
Vahid Ələkbərov Vladimr Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib. 

V. Ələkbərov 2019-cu ili uğurlu başa vurduqlarını, istehsalatda və sosial layihələrin icrasında müvəfəqiyyət qazandıqlarını bildirib. 
Rusiyanın dövlət başçısı Vahid Ələkbərova məxsus müəssisələrdə işçilərin nə qədər orta aylıq əmək haqqı aldıqları ilə maraqlanıb. "LUKOIL" in prezidenti söyləyib ki, onun rəhbərlik etdiyi şirkətdə orta aylıq əmək haqqı 65 min rubldur(1700 manat) dövlətə büdcəsinə isə ötən il 1 trilyon 300 milyard rubl vergi köçürülüb. 
Tanınmış biznesmen Xəzər dənizində həyata keçirdikləri iqtisadi layihələrdən də danışıb: "Xəzərdə iqtisadi inkişafımızı davam etdiririk. Hazırda Baltik şelfini aktiv şəkildə araşdırmağa başlamışıq.  Bütün "artıqlar”ı, yarımfabrikatları birləşdirib ixrac potensialına sahib olmaq hədəfi ilə yekun məhsul yaratmaq üçün mövcud müəssisələrimizdə qaz və neft-kimya sahəsinin inkişafına dair yeni proqram hazırlamışıq”. 
Rusiya Prezidenti 2019-cu ildə Soçidə keçirilən sammitdə Afrika dövlətləri ilə əldə edilən razılaşmanın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda Rusiya Qərbi Afrika ölkələri ilə olduqca sıx əlaqələr qurub və daha dörd Afrika ölkəsi birgə işləmək haqda təkliflə çıxış edib. 
Vahid Ələkbərov bu fikirlə razılaşaraq əlavə edib ki, Konqo, Qana və Kamerundan onlara birgə iş qurmaq təklif olunur. 
Tanınmış biznesmen Rusiya prezidentini Qərbi Sibirdə salınan yeni sənayə şəhərlərinə baş çəkməyə dəvət edərək, böyük şirkətlərin regional hakimiyyət orqanları ilə münasibətlərinin necə tənzimlədiyi ilə yerində tanış olmağı təklif edib. Vladimir Putin dəvəti qəbul edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol