• $
  • £

Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI

Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI
29.01.2020 13:52
"Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər tərəfimizdən davamlı olaraq aparılmaqdadır.
 
Belə ki, hər il qış mövsümü başlayanda hansı ki, bu cür xəstəliklərin yayılma ehtimalı daha da artır bunu nəzərə alaraq qabaqlayıcı tədbirlərə həyata keçirilir. Bu çərçivədə "BakuBus” MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya edilir”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparılır:
 
"Hər həftənin şənbə günü perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilir. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılır. Təbii son günlər daha çox müzakirə olunan koronavirusla bağlı qeyd olunan tədbirlərə nəzarət daha artırılıb.
 
Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir.
 
Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçiriləcək”. (Modern.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol