İlham Əliyev Bakıda məktəb binasının təmirdən sonrakı vəziyyəti ilə tanış oldu
Azərbaycan prezidenti İlham Əliyev Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Dövlət başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verilib. Prezident məktəbin sinif otaqlarına baxıb, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox