• $
  • £

İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO

İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO
29.05.2020 08:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə edib. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə "Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev "Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol