• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

“Məhkəməyə verəcəyəm” - Manaf yüksək vəzifəli məmur tərəfindən döylülüb? - Video

“Məhkəməyə verəcəyəm” - Manaf yüksək vəzifəli məmur tərəfindən döylülüb? - Video
28.05.2020 22:01
Bir neçə gündür Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmaylovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə feysbuk səhifələrinin birində yayılan məlumatda bildirilir ki, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmaylov görüş yerinə gələrək M. Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən E. İsmayılov ailəvi görüş otaqlarından birində Manafı döyüb.

Başqa bir məlumata görə isə bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmaylovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.

Yenisabah.az xəbər verir ki, müğənni məsələyə Tarix Əliyevin (Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verib. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:

"Mən aydınlıq gətirim. Mən burdan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir, kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam?
O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var yəqin, məni də atıblar ortaya”.

İfaçı bu məlumatı yayanları məhkəməyə verəcəyini də açıqlayıb: 

"Təbii ki, məhkəməyə verəcəyəm. Həmin adama zəng edib soruşurlar ki, "sən bu məlumatı haradan almısan?” deyir mənə "mail”imə  atıblar o məlumatı. Sənə atıblarsa, zəng et məndən soruş. Burada mənlik bir şey yoxdur. Eşitdiyimə görə, məlumatı yayanlar "Yatıb-çıxmış” jurnalistlərdəndir. Ona görə onlara pislik etmək istəyir və məni də ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm, özü də sübut edəcəyəm”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Cəmiyyət 10:39
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 10:31
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb
Cəmiyyət 10:06
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Yol polisi piyadalara çağırış edib
Cəmiyyət 09:55
Yol polisi piyadalara çağırış edib


İlin altı ayında 28 nəfər professor adı qazanıb
Cəmiyyət 09:34
İlin altı ayında 28 nəfər professor adı qazanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol