• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur

Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
29.05.2020 04:47
"Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

"Bü gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır.
 
Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq dahauzun müddətli proqnozlaşdırma əsasında işləyirikş. Ən azı ortamüddətli proqnozlarımız var 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb.
 
Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq.
 
Kifayət qədər valyuta ehtiyytlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - deyə o, qeyd edib. (report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
İqtisadiyyat 10:29
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
İqtisadiyyat 09:19
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
İqtisadiyyat 10:15
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
İqtisadiyyat 04:47
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət 17:42
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol