• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Obama yenə də Həması ittiham etdi

Obama yenə də Həması ittiham etdi
02.08.2014 15:47

İsrail ordusu Fələstinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı Həmas silahlılarına məxsus daha bir neçə tuneli aşkarlayıb. Əməliyyatlar zamanı İsrail əsgərləri Qırmızı Xaç cəmiyyətinin binasını vurublar.

Qəzzanın cənub hissəsinə doğru irəliləyən hərbi qüvvələr Həması zərərsizləşdirməklə yanaşı Böyük Britaniya əsilli girov götürülən İsrail əsgərini də axtarır. Məlumata görə, əsgər Həmas silahlıları ilə qarşıdurmalar zamanı itkin düşüb. Ötən gün baş verən qarşıdurmalar zamanı 62 fələstinli və 2 israilli öldürülmüşdü. Qarşıdurmalar BMT tərəfindən çağırılan 72 saatlıq atəşkəs rejiminin pozulmasından dərhal sonra baş vermişdi.

Birləşmiş Millətlər Təşkilatı atəşkəsin pozulmasına görə, Həması günahlandırıb və girov götürülən əsgərin dərhal sərbəst buraxılmasını tələb edib.

Həm İsrail rəhbərliyi, həm də Həmas atəşkəsin pozulmamasına görə, bir-birilərini günahlandırıblar.

Həmçinin, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da əsgərin dərhal sərbəst buraxılması istəyib. Obama qeyd edib ki, Həmas əgər, həqiqətən də, münaqişənin həll olunmasını istəyirsə, İsrail əsgərini qeyri-şərtsiz azad etməlidir.

“İsrailliləri mütəmadi olaraq narahat edirlər. İsrailin özünü müdafiə etmək hüququ var. Döyüşlər ağırdır. Məqsədə çatmaq çətin olacaq. İnsanlar arasında qəzəb və ümidsizlik var. Lakin biz hədəfə çatmaq üçün çalışmalıyıq” - deyə Obama vurğulayıb.

Artıq 25 gündür ki, İsrail Qəzzaya bomba yağdırır. Qarşıdurmalar zamanı indiyə qədər ölənlərin sayı 1500-ə çatıb. İsrail tərəfdən 63 əsgər, 3 mülki şəxs ölüb.

İsrailin Qəzzaya müdaxiləsinə qarşı çıxan fələstinlilər Qərb Sahili bölgəsində etiraz aksiyaları keçiriblər. Qüds, Hebron və Betlehem şəhərlərində baş tutan aksiyalara 10 minlərlə insan qatılıb. Aksiya zamanı fəallarla İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis rezin güllərlə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir gənc sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib – Yenilənib
Dünya 23:45
Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib – Yenilənib
Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib
Dünya 22:30
Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib
Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb
Dünya 21:30
Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Dünya 20:25
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Dünya 20:00
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya 18:23
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol