• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Xarici şirkət azərbaycanlıları işlədib maaşlarını vermir – Əmək müfəttişliyi yoxlama apara bilmir

Xarici şirkət azərbaycanlıları işlədib maaşlarını vermir –  Əmək müfəttişliyi yoxlama apara bilmir
17.02.2020 16:07
Redaksiyamıza Kanadanın  "Zenith Aran Oil Company” şirkəti ilə bağlı şikayət daxil oub.

Anews.az xəbər verir ki, şikayətçilər şirkətin işçiləridir və onlar artıq 3 aydır ki, əmək haqqı ala bilmədiklərini deyirlər.

"Bu şirkət 2016-cı ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət bizə 4 ildə cəmi 2 dəfə geyim verib, əmək haqqını isə hələ bütöv şəkildə  1-2 dəfə almışıq. İndi fevral olsa da, biz dekabrın əmək haqqını almamışıq. Müqavilədə göstərilib ki, ayın 15-nə qədər əmək haqqı ödəniləcək, ancaq bizdə əmək haqqının nə günü var, nə ayı. Biz hansı ayın əmək haqqını hansı ayda alacağımızı bilmirik. Bizi sanki kölə kimi işlədirlər. 2-3 aydan bir bir ayın əmək haqqının yarısın verirlər. Heç bir xəbərdarlıq etmədən pensiya yaşı çatmayan insanları işdən cıxardırlar, pensiya yaşı keçənlər isə işləyirlər”, - deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, əmək haqqı ala bilməyən işçilər 168 nəfərdir.

Şikayətçi ilə danışanda o da məlum oldu ki, şirkət işçilərə müqavilənin sürətini təqdim etmir.

Şikayətçi onu da əlavə edib ki, müqavilə 6 aylıq olur və 6 bitdikdən sonra təzələnir, lakin onların müqaivləsinin bitməsinə çox az müddət qalsa da, hələlik davam etməkləri ilə bağlı onlarla heç kim danışmayıb. Maaşlarla bağlı isə ancaq pul yoxdur, olanda veriləcək deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, onlara məsələ ilə bağlı müraciət daxil olmayıb və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı olduğu üçün, müraciət olmadıqca biz hər hansı yoxlama apara bilmirik.

Şikayətçilər isə işlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmamaq üçün müfəttişliyə rəsmi müraciət edə bilmirlər.

Məsələ ilə bağlı "Zenith Aran Oil Company” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Zenith Aran Oil Company Limited” şirkətləri arasında "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə "Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. "Muradxanlı”, "Cəfərli” və "Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

HƏZİ

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol