• $
  • £

Yeni fond yarandı- Tanınmış jurnalistə vəzifə verildi

Yeni fond yarandı- Tanınmış jurnalistə vəzifə verildi
29.05.2020 01:56
Fondun əsas məqsədi Azərbaycan əhalisini maarifləndirməkdir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb. 
Fondun mətbuat katibi Ceyhun Musaoğlunun ANN.az-a verdiyi açıqlamaya görə, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.
Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsəs məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bunun üçün təbliğat xarakterli tədbirlər həyata keçiriləcək, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərləri təbliğ olunacaq, şəxsin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə tədbirlər həyata keçiriləcək, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil ediləcək, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılacaq, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılacaq, 
Xatırladaq ki, Bilik Fondu İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmanla yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oqtay Səmədov prezidentin digər sərəncamı ilə Fondun icraçı direktoru təyin edilib.
Prezident Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.
Həmkarımız, tanınmış jurnalist Ceyhun Musaoğlu fondun mətmuat xidmətinin rəhbəri təyin edilib. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol