• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ

Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
19.02.2020 10:56
Vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin, bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətinə baxılması işi müzakirə olunub:

Oxu.Az xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılov qeyd edib ki, vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb.

"Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 64 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 793 nəfərə xəbərdarlıq edilib.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülüb, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, səkkiz nəfərin əmək müqaviləsinə xitam verilib, üç nəfərin dərəcəsi aşağı salınıb, həmçinin, 244 nəfərə xəbərdarlıq edilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Baş nazirinin müavini Azərbaycana gəlib
Siyasət 12:40
BƏƏ Baş nazirinin müavini Azərbaycana gəlib
Bakıda Zəfər muzeyinin açılışı olub
Siyasət 12:08
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 12:02
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Siyasət 10:35
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Video
Siyasət 00:03
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Video
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
Siyasət 21:05
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Siyasət 19:39
İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib
Siyasət 19:18
Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb
Siyasət 16:33
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol