• $
  • £

NEQSOL Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 milyon manat vəsait ayırır

NEQSOL Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 milyon manat vəsait ayırır
29.05.2020 08:56
NEQSOL Holding Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə 5 milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.
Buna əlavə olaraq, holdinqə daxil şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd expres testlər, eləcə də süni nəfəs aparatları və binaların girişində quraşdırılması məqsədi ilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilməklə aidiyyəti yerlərə təqdim edilməsi nəzərdə tutulub.
Operativ Qərargahın təlimatlarına uyğun olaraq, NEQSOL Holding və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə və yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.

İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən NEQSOL Holding-də və tərkibində olan şirkətlərdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən:
·         İşçi heyəti və müştərilər arasında ofislərdə, istehsal sahələrində və xidməti mərkəzlərində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, yazılı və audio-video formatında təlimatlar hazırlanıb, "Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb
·         İşçi heyətinin böyük hissəsi "evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, yaşlı insanlar üçün əlavə imkanlar yaradılıb, tədbirlər və iclaslar onlayn rejimə keçirilib, tikinti sahələrində işlər müvəqqəti dayandırılıb
·         Evdən işləməsi mümkün olmayan işçi heyətinin, eləcə də müştərilərin təhlükəsizliyi üçün:
-          ofislər, istehsal sahələri, müştəri xidməti mərkəzləri və nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb
-          iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib
-          xüsusi rejimlə işləyən işçilər üçün mətbəxlərdə qida rasionu immunitet gücləndirici qidalarla zənginləşdirilib
-          bir sıra hallarda iş saatları qısaldılıb, işçilər üçün nəqliyyat vasitələri təşkil edilib, "2 metr məsafə” qaydası tətbiq edilib və sair
·         Müştərilərə onlayn və distant xidmətlərdən istifadə tövsiyə edilib, həmçinin mobil rabitə sahəsində abunəçilərə:
-          mobil tətbiqetməsindən və 24 saat fəaliyyət göstərən əlaqə mərkəzinin xidmətlərindən istifadə tövsiyə edilib
-          Əlaqə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
-          Abunəçilər üçün "TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə pulsuz edilib
-          NEQSOL Holding və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.
NEQSOL Holding və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.
NEQSOL Holding bütün əməkdaşlarına, müştərilərinə və tərəfdaşlarına müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, hamını koronavirusla mübarizə üçün imkanlarını səfərbər edərək birləşməyə çağırır. NEQSOL Holding hər kəsi özünün və ətrafında olan insanların, xüsusilə yaşlı insanların qayğısına qalmağa çağırır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol