• $
  • £

Tənha şəxslərə ödənişsiz taksi xidməti göstəriləcək?

Tənha şəxslərə ödənişsiz taksi xidməti göstəriləcək?
26.03.2020 14:57
"Təəssüf ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər".
 
Anews.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
 
O bildirib ki, yaşı 65-dən yuxarı tənha insanlara evlərində sosial xidmətlər göstərilir.
 
"Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar. Lakin bəzi hallarda vətəndaşlarımız 142-yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər.
 
Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil. Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir. Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir. Ona görə də vətəndaşlarımızdan bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etmələrini xahiş edirik. Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın”, - deyə F. Talıblı qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol