• $
  • £

Erməni hüquq müdafiəçisi kəlbəcərlilərdən üzr istədi

Erməni hüquq müdafiəçisi kəlbəcərlilərdən üzr istədi
29.05.2020 06:09
Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsinə kəskin reaksiya verib.Aktual.az-ın sorğusuna cavab olaraq, erməni hüquq müdafiəçisi bildirib ki, rəsmi şəxslərin bəyanatları da daxil olmaqla, Ermənistanın, qondarma Dağlıq Qarabağ respublikasının informasiya məkanı Putin casuslarının fəaliyyət meydanıdır:"Burda nə siyasət, nə də maraqlar var. Girovların məsələsi isə dalana dirənmiş haldadır. İndiki vəziyyətdə mən vətəndaş səviyyəsində hüquqların müdafiəsi, həmçinin obyektiv araşdırma üçün heç bir imkan görmürəm".Georgi Vanyan, həmçinin, girovların ailəsindən üzr istəyib və məsələnin həllində ölkə prezidenti İlham Əliyevə inandığını da bildirib:"Bu cür kəskin və heç bir ümid verməyən bəyanatlara görə, mən Dilqəm Əsgərovun, eləcə də Şahbaz Quliyevin doğmalarından və yaxınlarından üzr istəyirəm. İnanıram ki, hələ gec deyil və Azərbaycan prezidentinin səyləri girovların taleyini müsbət həll edə bilər".Xatırladaq ki, iyulun 11-də Ermənistan mətbuatında iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yer alıb. Ermənistan rəsmi dairələrinin də təsdiqlədiyi məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının- Həsən Həsənovun öldürüldüyünü yazıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol