• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanlılar Ermənistanda yarışacaq

Azərbaycanlılar Ermənistanda yarışacaq
22.07.2014 18:46
Azərbaycanın kamandan oxatma üzrə milli komandası Ermənistanın Eçmiadzin şəhərində start götürən Avropa çempionatına yollanıb. 
"Qafqazinfo"nun Sportnet.az saytına istinadən məlumatına görə, 39 ölkənin iştirakı ilə keçiriləcək yarışa Türkiyə yığması da qatılıb. 
Ötən gün baş tutan açılış mərasimində iştirakçı dövlətlərin bayraqları arasında iki qardaş ölkənin bayraqları da yer alıb. Tədbirdə başda Ermənistan prezidenti Serj Sərkisyan olmaqla, düşmən ölkənin hökumət və idman rəsmiləri də iştirak ediblər. 
Xəbəri Sportnet.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov da təsdiqləyib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin Avropa çempionatında iştirakı son anda gerçəkləşib: "Avropa Oxatma Federasiyasından bizə dedilər ki, Ermənistandakı çempionata mütləq qatılmalısınız. Əks halda, gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunlarında Azərbaycan oxatma millisinin iştirakına icazə verilməyəcək. Bu səbəbdən, komandamız təcili Avropa çempionatına yollandı". 
Rəhimovun sözlərinə görə, 9 nəfərlik heyətdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi, 2 məşqçi və 6 idmançı yer alıb. Bakı - Tiflis İrəvan reysi ilə Ermənistana uçan nümayəndə heyətimiz Zvartnots Hava Limanında qarşılanıb və xüsusi ayrılmış təhlükəsizlik əməkdaşlarının müşayiətilə otelə yollanıb: "Özləri ilə danışmışıq. Hər şey qaydasındadır. Oteldən yarış yerinə də həmin mühafizəçilərin əhatəsində gedib-gəlirlər".  
Qeyd edək ki, Avropa çempionatına iyulun 26-da yekun vurulacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol