• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Rus səfir Orxan Zeynalovdan danışdı

Rus səfir Orxan Zeynalovdan danışdı
22.07.2014 14:19
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF vətəndaşını qətlə yetirməkdə günahlandırılan Orxan Zeynalovun məhkəməsi ətrafında vəziyyəti siyasiləşdirməyə əsas görmür.
"Mən hesab etmirəm ki, Rusiyanın səfiri kimi Moskva ətrafındakı məhkəmədə baş verənləri şərh etməliyəm. Orada Rusiyanın prosessual normalarına uyğun proses gedir. İlkin məhkəmə istintaqı olub. İndi prokuror öz fikrini deyib. Daha sonra söz müdafiəyə veriləcək, sonra məhkəmə qərar çıxaracaq. Əgər kimsə qərarla razılaşmasa, şikayət edə bilər".
Onun sözlərinə görə, hər şey lazım olduğu kimi, yəni qanunvericilik və məhkəmə sistemi çərçivəsində gedir: "Bu vəziyyəti siyasiləşdirmək üçün əsas olduğunu hesab etmirəm. Məhkəmə araşdırır, həmyerlinizin onun maraqlarını müdafiə edəcək vəkili var. Düşünürəm ki, indi hər şey hüquqi məcradadır və işin ədalətlə həll olunacağına ümid etməyə əsas var".
Qeyd edək ki, Məhkəmədə dövlət ittihamçısının fikrincə, ötən ilin oktyabrında mübahisə zamanı Moskva sakini Yeqor Şerbakovu qətlə yetirən və bununla da Biryulovada kütləvi iğtişaşlara yol açan Orxan Zeynalov səkkiz il ciddi rejimli və 10 il adi rejimli həbs cəzasına məhkum edilməlidir. Zeynalova hökm iyulun 28-də oxunacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol