• $
  • £

SOCAR Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarına maliyyə yardımı edib

SOCAR Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarına maliyyə yardımı edib
29.05.2020 01:51

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi "SOCAR Energy Georgia” şirkəti bu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarına maliyyə yardımı göstərib.

"Report”un yerli bürosu xəbər verir ki, şirkətin inzibati binasında Gürcüstanın müxtəlif universitetlərində təhsil alan və Azərbaycana qayıda bilməyən tələbələrlə sosial məsafə saxlama tələbinə riayət olunmaqla görüş keçirilib.

Tələbələr qarşısında çıxış edən "SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov 70 tələbəyə maddi yardımın ayrıldığını bildirib. Onun sözlərinə görə, normal həyat bərpa olunana qədər tələbələrə təkrar yardımın göstərilməsi də nəzərdə tutulub: "Şirkət azərbaycanlı tələbələrin bütün müraciət və xahişlərini nəzərdən keçirməyə hər zaman hazırdır”.

Şirkət rəhbərinin sözlərinə görə, SOCAR öz sosial məsuliyyətini dərk edir və bu istiqamətdə tədbirlərini davam etdirir: "SOCAR, həmçinin digər Azərbaycan şirkətləri Gürcüstanda koronavirusla mübarizəyə dəstək fonduna vəsaitlər köçürüb. Bununla yanaşı, maliyyə dəstəyimizlə 1 000 ərzaq qutusu hazırlanıb. Yaxın günlərdə ərzaq yardımı Gürcüstanın bölgələrində ehtiyacı olan vətəndaşlara paylanılacaq. Şirkət həmçinin Kvemo Kartli bölgəsindən olan fiziki imkanları məhdud 160 şəxsə ərzaq yardımı göstərib. Həmin şəxslərin dərman vasitələri və tibbi xidmətlə təminatına da mütəmadi olaraq dəstək göstərilir. Onların qayğıları həmişə bizim diqqətimizdədir”.

M.Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və vaxtında atılan qətiyyətli addımlarının nəticəsində ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır: "Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dövlət vətəndaşların sağlamlığını qorumaqla yanaşı, biznesə də dəstək göstərir. Statistik göstəricilər Gürcüstanda da koronavirusla bağlı vəziyyətə ciddi nəzarətin həyata keçirildiyini deməyə əsas verir. Ümid edirəm ki, hər iki ölkədə koronavirus pandemiyasının səbəb olduğu çətin dövr tezliklə arxada qalacaq və həyat öz normal axarına qayıdacaq”.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkənin dəstəyi ilə Gürcüstanda həyata keçirilən yardım kampaniyalarından danışıb. Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu vurğulayan diplomat səfirliyin hər zaman Azərbaycan vətəndaşlarına dəstək göstərməyə hazır olduğunu söyləyib.

Gürcüstan Texniki Universitetinin doktarantı, Azərbaycan vətəndaşı Tamara Tataraşvili tələbələr adından göstərilən diqqət və qayğıya görə Azərbaycan dövləti və SOCAR-a minnətdarlığını bildirib. Onun sözlərinə görə, hazırkı çətin zamanda tələbələrə maliyyə yardımının göstərilməsi olduqca gərəklidir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol