• $
  • £

“Dollar bahalaşacaq” – “Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur

“Dollar bahalaşacaq” – “Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur
29.05.2020 06:03
"Qısa müddətdə dolların bahalaşacağı və ya bahalaşmayacağını dəqiq kimsə deyə bilməz. Amma uzun müddətli perspektivdə, yəni 1-2 ilə dollar, əlbəttə, bahalaşacaq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.
 
Ə.Həsənov qeyd edib ki, neftin qiyməti kəskin şəkildə düşüb, dünyada dərin böhran yaranıb: "Mərkəzi Bank əvvəlki illərdə nəyin bahasına olusa-olsun devalvasiyaya getməməyə üstünlük verdi. Buna görə də valyuta ehtiyatlarımız əridi. İndi də bu yolla davam etsək, valyuta ehtiyatlarımız tükənəcək. Devalvasiya qorxusuna görə biznes kreditləşdirilməsi, demək olar ki, dayanıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında deyib ki, banklar biznes kreditləri verməlidirlər. Düşünürəm, devalvasiyaya getmək lazımdır ki, ölkədə kreditləşmə davam etsin. Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur. Bunu dəqiq demək olmur, çünki dövlət statistikasına etimad yoxdur, valyuta ehtiyatlarının həqiqi dəyərini bilmirik. O valyuta ehtiyatlarının xeyli hissəsi qiymətli kağızlara, daşınmaz əmlaklara qoyulub ki, bunların da qiyməti düşüb. Hazırda qiyməti enməsi hansı səviyyədədir, deyə bilmərik. Koronavirus pandemiyası ilə əlaqədar dövlətin yükü artıb, işsizlərə birdəfəlik ödəmələr verilir, sahibkarlara müəyyən yardımlar edilir. Belə olan halda milli valyutanın məzənnəsini qoruyub saxlamaq düzgün deyil. Düşünürəm, manatı əvvəl-axır üzməyə buraxmaq lazımdır, qoy bazar müəyyən etsin”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol