• $
  • £

Bu ölkədə prezident koronavirusa görə aclıq olacağını elan etdi

Bu ölkədə prezident koronavirusa görə aclıq olacağını elan etdi
29.05.2020 08:45
"Haitidə koronavirusun səbəb olduğu böhranı aradan qaldırmaq üçün addımlar atılmasa, ölkəni aclıq gözləyir”.

"Haiti Libre” qəzetinin məlumatına görə, bunu ölkənin Prezidenti Jovenel Mois deyib.

"Aydındır ki, aclıq olacaq. Artıq işsizlərimiz çoxdur. Bütün dünya tənəzzülə uğrayır. Bütün ölkələr biznesi yenidən kapitallaşdırmağa çalışacaqlar. Bu gün koronavirusun yayılmasından sonrakı vəziyyətə hazırlaşmaq üçün tədbirlər görməyə başlamasaq, bir çox problemimiz olacaq”, - deyə Mois qeyd edib.Dünya Bankının verdiyi məlumata görə, Haiti Qərb yarımkürəsindəki ən kasıb ölkədir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) daha əvvəl verdiyi hesabatda Haitinin 2019-cu ildə ən pis ərzaq böhranlarından birini yaşadığını bildirib. Mütəxəssislərin fikrincə, böhran Haitidə təxminən 3,7 milyon insana və ya ölkə əhalisinin 35 faizinə təsir edib.

Əhaliyə yardım olaraq prezident haitililərə 3000 qurd (təxminən 52 AZN) ödəməyi vəd edib. Ölkənin dörd bölgəsinin sakinləri bu həftənin əvvəlində ödəniş alacaqlar. Yerli hakimiyyət orqanları ölkənin bir neçə bölgəsində torpaq şumlamağa başlayıb. Ölkə başçısı yeni ərazilərdə torpağın şumlanmağa başlanmasının zəruriliyini ifadə edib və Kənd Təsərrüfatı Nazirliyinin fermerləri toxumla təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, Haitidə 76 nəfərdə koronavirus aşkar edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol