• $
  • £

"Bir çox ölkələrin bizdən götürdüyü nümunə Azərbaycanın dünyadakı böyük rolundan xəbər verir"

29.05.2020 06:58
Bildiyimiz kimi, hələ aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a həsr olunmuş Zirvə Görüşü keçirilmişdir. Bir müddət əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. 

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, bu zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirakı cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən zirvə görüşünün nə dərəcədə əhəmiyyətli olduğunun ən bariz göstəricisi sayıla bilər.

Görünən budur ki, Bakı prosesi, Beynəlxalq Humanitar Forum və digər tanınmış beynəlxalq platformalara ev sahibliyi edən Azərbaycan koronavirusla mübarizədə də dünyaya öz töhfəsini verir. Bu təşəbbüs bir daha onu göstərdi ki, Azərbaycan ümumbəşəri dəyərləri yaşadan, eyni zamanda ixrac edən bir ölkədir. İndiyə qədər siyasi, iqtisadi və mədəni sahələrdə yaxın əlaqələri özündə ehtiva edən beynəlxalq qurumlar koronavirusla birgə mübarizə üçün də önəmli bir platforma olduğunu nümayiş etdirmiş oldular. Eyni zamanda, bu videokonfranslar bir çox dövlətlərin bir-birini ittiham etdiyi müasir dövrdə bütün dünyaya verilən həmrəylik, birlik mesajıdır. Təsadüfi deyil ki, videokonfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Azərbaycan hökümətinin vəziyyətə adekvat olaraq atdığı addımları yüksək qiymətləndirdi. Azərbaycan dövlətinin hələ pandemiya başlayana qədər səhiyyə sahəsində göstərdiyi böyük diqqət sayəsində 750-dən çox səhiyyə ocağının tikilməsi və ya təmir edilməsi bu mübarizədə effektiv addımlar atmaq üçün geniş imkanlar yaradıb. Diqqət çəkiləcək önəmli məqamlardan biri də budur ki, Azərbaycan yüksək bəşəri dəyərləri təkcə özündə yaşatmır, eyni zamanda bunu dünyaya ixrac edir. Məhz dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizə Fondu yaradılandan sonra dünyanın bir sıra ölkələrində buna bənzər fondlar fəaliyyətə başladı. Bir çox ölkələrin bizdən götürdüyü nümunə ölkəmizin dünyadakı böyük rolundan xəbər verir.

Zirvə görüşündə pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsinin vacibliyinin qeyd olunması Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan üçün olduqca vacib məqamdır. Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi ilə bağlı qəbul edilmiş qərarlar da mühüm əhəmiyyət kəsb edir.

Zirvə Görüşündə həmçininün üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarının vahid məlumat bazasına daxil edilməsi və həmin məlumatlar əsasında mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim edilməsi ilə bağlı da razılıaq əldə olunmuşdur ki, bu da ümumilikdə üzv ölkələrin pandemiyaya qarşı birgə mübarizəsini şərtləndirir.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması və bu vəsaitin Azərbaycan dövləti ilə razılaşıldırmaqla Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələrə verilməsi isə ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, bu kimi tədbirlər onu göstərir ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol