Millimizin üzvü koronavirus səbəbindən karantinə alındı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.
"Report" II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna analiz zamanı komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.
Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov "Ertsgebirge"nin formasını 2016-cı ildən geyinir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər