• $
  • £

Hərbçi olmaq istəyənlərin nəzərinə!

Hərbçi olmaq istəyənlərin nəzərinə!
18.07.2014 13:52

Ali Hərbi məktəblərə kursant qəbulu elan edilib

Azərbaycan Respublikasının Ali Hərbi məktəblərinə kursant qəbulu elan edilib.

ANN.Az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 AZN məbləğində təqaüd alırlar. 

Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlə də təmin olunurlar. Azərbaycan Ali Hərbi məktəblərini bitirən məzunlara hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət edə bilərlər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol