Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR
Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli
qurumlarının əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən
şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan
verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər
sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə,
4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq, ümumilikdə 5900 ABŞ dolları, 11000 rus rublu, 5000 manat
nağd pul, 3000 ABŞ dolları dəyərində qızıl
qolbaq, 1 ədəd 1800 manat dəyərində televizor, hər birinin dəyəri 500
manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat
olan 1 ədəd yataq dəsti örütüyünü oğurlayıb. Bundan başqa polis əməkdaşları V.
Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət
əşyalarını oğurlamasını müəyyən edib.
BPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini
törədən şəxsin kimliyi müəyyən edilib. Belə ki, mayın 5-də şəhər sakininə məxsus
mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru
oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla
birlikdə saxlanılıb.
Faktlarla
bağlı araşdırmalar davam etdirilir.



www.anews.az