• $
  • £

“Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar”

“Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar”
29.05.2020 02:54

Modelyer Elnarə Bəkirova "Azpetrol” yanacaqdoldurma məntəqəsində problemlə qarşılaşıb. E. Bəkirova "Qafqazinfo”ya bildirib ki, ötən gün axşam saatlarında Nobel prospektində yerləşən sözügedən yanacaqdoldurma məntəqəsində olub:


"Benzin çəni 66 litr tutur. Bunlar məndən 83 litr benzinin qiymətini alıblar. 


Bu gün məsələni araşdırmaq üçün yanacaqdoldurma məntəqəsinə getdim. Mənimlə çox kobud danışdılar. 40 dəqiqə gözlətdilər. Əvvəl dedilər ki, gedin işçi gələndə gələrsiniz, araşdırarıq. Daha sonra mübahisədən sonra məsələni araşdırdılar və mənə 15 manat pul qaytardılar. Halbuki 24.90 qəpik ümumi ziyan dəymişdi. Məsələnin ictimailəşməsində məqsədim sürücüləri ehtiyatlı olmağa çağırmaqdır. Yanacaqdoldurma məntəqələri sürücüləri aldadırlar. Sürücülər diqqətli olmalıdırlar”.



"Qafqazinfo” məsələylə bağlı şirkətlə əlaqə saxlayıb.



Şirkətin nümayəndəsi məsələdən xəbərdar olduqlarını bildirib. Qeyd edilib ki, araşdırma davam etdiriləcək: "Sürücü benzinini tam istifadə edib bitirdikdən sonra bizə müraciət etsin. Biz onun istəyinə uyğun seçdiyi yanacaqdoldurma mənqətəsində maşınının benzin çəninin nə qədər tutduğunu müəyyən edək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Cəmiyyət 19:25
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Xəzərdə yenidən zəlzələ olub
Cəmiyyət 18:48
Xəzərdə yenidən zəlzələ olub
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
Cəmiyyət 18:16
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 18:07
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək

74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb
Cəmiyyət 17:45
74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb

Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 17:38
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub
Cəmiyyət 17:33
235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
Cəmiyyət 17:07
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir

AL Marketlərdə avtomobil qazandıran lotereya!
Cəmiyyət 17:06
AL Marketlərdə avtomobil qazandıran lotereya!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol