• $
  • £

Mübariz Mənsimovdan TƏBRİK

Mübariz Mənsimovdan TƏBRİK
29.05.2020 10:36
"Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov türk xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.
Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Əziz Qardaşlar və Bacılar!
Bu gün hamımız müqəddəs Ramazan Bayramını qeyd edirik. "Palmali” ailəsinin hər bir üzvü də daxil olmaqla, hamınızı, ailələrinizi, yaxınlarınızı, qohum və dostlarınızı təbrik edirəm. Uca və Gözəl Allah Sizi rəhməti və şəfaəti, ruzi və bərəkəti ilə şərəfləndirsin. Sizin hər biriniz üçün dua edirəm. Dua edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu daha da möhkəm və sarsılmaz olsun, inkişaf etsin və yeni üfüqlər fəth etsin. Dua edirəm ki, vətənim Azərbaycan işğal olunmuş Qarabağı və digər tarixi torpaqlarımızı düşmənlərin tapdağından azad etsin və mən bu azadlıq mücadiləsinə canımla-qanımla Vətən qarşısında borcumu verim. Dua edirəm ki, gözləri yolda qalan atalar və analar öz övladlarına qovuşsunlar, oğul və qızlarımız heç vaxt valideyn həsrəti çəkməsinlər, üzlərindən o məsum, həyatımızın mənası olan məsum təbəssümlər heç bir zaman əskik olmasın. Dua edirəm ki, hər birimizin övladı öz ağlı, savadı, biliyi və bacarığı ilə Vətənimizin xidmətində layiqli şəkildə dayansın, ruhən, mənən və cismən mübariz olsunlar. Dua edirəm ki, övladlarımıza savad verən müəllimlərin əllərindən və alınlarından öpəsiniz, onları həmişə böyük hörmət və izzətlə qarşılayıb yola salasınız, çünki müəllim gələcəyimizin işıq mənbəyidir. Dua edirəm ki, hər bir ata evinin qapısını açarkən övladına hədiyyə uzatsın və dua edirəm ki, heç bir ailə aclığın, çarəsizliyin və itkinin nə olduğunu heç vaxt bilməsin. Dua edirəm ki, süfrənizdəki nemətləri qonşularınızla, imkansızlarla paylaşasınız. Dua edirəm ki, xeyirxah olasınız, bir nənənin, bir ağsaqqalın əlindən tutub ona kömək edəsiniz və bununla da rəhmət sahibi olasınız. Dua edirəm ki, qeyrətli, haqqı nahaqqa satmayan, kişiliyi həyatının amalına çevirən İNSAN olasınız. Bundan böyük nemət yoxdur. Dua edirəm ki, Qüdrətli Allah dualarınızı qəbul etsin. Müqəddəs Ramazan Bayramınız Mübarək olsun!
Sizin Mübariz!”

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol