• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Mərkəzi Bank: Sığorta şirkətlərinin vəziyyəti qənaətbəxşdir

Mərkəzi Bank: Sığorta şirkətlərinin vəziyyəti qənaətbəxşdir
29.05.2020 12:29
"Sığorta şirkətlərinin hazırkı maliyyə dayanıqlılığı göstəriciləri qənaətbəxşdir. Amma bu sahədə müxtəlif problemlər də mövcuddur və problemlərin aradan qaldırılması üçün addımlar atılır”.

"Report”un məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, ötən ilin noyabr ayından etibarən sığorta sahəsində tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Banka həvalə edildikdən sonra, aparılan təhlillər əsasında sığorta sektorunun inkişaf strategiyası hazırlanıb:

"Belə ki, strategiyanın əsas istiqamətləri sığorta qanunvericiliyinin müəyyən istiqamətlər üzrə modifikasiyasını, istehlakçıların hüquqlarının qorunması məqsədi ilə sığorta qanunvericiliyində müəyyən istiqamətlərin alınmasını, sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə elektronlaşma istiqamətində layihələrin hazırlanması nəzərdə tutulub. Artıq elektronlaşma istiqamətində müəyyən işlərə start verilib”.

O bildirib ki, Mərkəzi Bank sığorta sektorunda fəaliyyət göstərən kadrların təlimləri üçün beynəlxalq institutlarla danışıqlar aparılıb və qısa müddətdə təlim-tədris işlərinə start veriləcək.

Hazırda Azərbaycanın sığorta bazarında 20 sığorta, bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Onlardan 4-ü həyat, 16-si isə qeyri-həyat sığorta şirkətidir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
İqtisadiyyat 13:20
Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Yelo Bank-da innovativ QR ilə ödəniş aktivdir!
İqtisadiyyat 11:08
Yelo Bank-da innovativ QR ilə ödəniş aktivdir!
"Bitcoin" 71 min dollara doğru irəliləyib
İqtisadiyyat 10:29
"Bitcoin" 71 min dollara doğru irəliləyib
Qızılın qiyməti 5000 dolları ötüb
İqtisadiyyat 10:19
Qızılın qiyməti 5000 dolları ötüb

"Brent" neft ucuzlaşıb
İqtisadiyyat 09:38
"Brent" neft ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzşalıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb, rubl ucuzşalıb - Məzənnə
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
İqtisadiyyat 11:31
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti bahalaşıb
Baş nazirdən benzinlə bağlı yeni qərar
İqtisadiyyat 17:38
Baş nazirdən benzinlə bağlı yeni qərar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol