• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Jerar Depardyenin spirt işi

Jerar Depardyenin spirt işi
16.07.2014 01:00
Jerar Depardye araq istehsalı ilə məşğul olmaq fikrindədir.Oxu.Az xəbər verir ki, bu barədə aktyor iyul ayının 14-də Saratovda jurnalistlərə verdiyi müsahibəsində bəyan edib, Praym agentliyi bildirib.Jerar Depardyenin sözlərinə görə, araq ekoloji təmiz ərzaqlardan və bulaq suyundan hazırlanacaq.“Bu, mənim tünd alkoqollu içkilər istehsalında ilk təcrübəm olacaq, ümid edirəm ki, uğurlu olacaq. Amma yenə də istərdim ki, içkilərə gəldikdə araqdansa şəraba üstünlük verilsin. Bu içki bayramdır”, - aktyor deyib.Depardyenin Rusiyadakı nümayəndəsinin “RBK”-yə verdiyi məlumata görə araq istehsalı barədə danışıqlar gedir, onun təqdimatı isə bu ilin sonuna nəzərdə tutulub.Depardye kino çəkilişlərindən başqa vətəni Fransada olduğu kimi qonşu Belçikada da bizneslə məşğuldur. Parkı bir təyyarədən ibarət “Cyran R” Belçika aviaşirkəti ona məxsusdur. Parisdə Depardye La Fontaine Gaillon, L'Ecaille de la Fontaine restoranlarına və Le Bien Decide şərab barına sahibdir. Bundan başqa aktyorun üzümlüyü və Cogimmo daşınmaz əmlak agentliyi mövcuddur.Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin əvvəlində Depardyeyə Rusiya vətəndaşlığı verib. Dövlət başçısı öz qərarını Rusiya kinematoqrafiyasına verdiyi töhfələrlə motivləndirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib – Yenilənib
Dünya 23:45
Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib – Yenilənib
Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib
Dünya 22:30
Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib
Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb
Dünya 21:30
Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Dünya 20:25
Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Dünya 20:00
Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya 18:23
Rusiya Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Dünya 17:17
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Dünya 09:25
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 şəxs ölkəyə ekstradisiya olunub
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Dünya 09:11
Həmədanda etirazçılar Qurani Kərimi yandıraraq məscidə hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol