Azərbaycanlı futbolçu Gürcüstanda koronavirus testindən keçəcək

Koronavirus pandemiyasına görə martda II turdan təxirə salınmış futbol üzrə Gürcüstan çempionatının bərpa tarixi açıqlanıb.
"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, oyunlar iyunun 25-də qaldığı yerdən davam edəcək.
Çempionatın startından öncə yüksək liqa klublarının hamısı iki mərhələdə koronavirus testindən keçəcəklər. İlk etap qarşıdakı həftə baş tutacaq.
Hələlik qərar yüksək liqaya şamil olunur. Digər liqalar, eyni zamanda, ölkə kuboku ilə bağlı qərar daha sonra qəbul olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 