• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

"AccessBank” bölgələrdə özünüməşğulluq proqramını dəstəkləməyə davam edir

05.06.2020 13:31

Bakı. 5 iyun 2020-ci il. "AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün layihələr həyata keçirməyə davam edir. Bank, bölgələrdəki aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə fiziki məhdudiyyətli və şəhid ailəsinin üzvü olan vətəndaşlara şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank tərəfindən Gəncə, Mingəçevir şəhərlərində, həmçinin, Qazax və Salyan rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi avadanlıqlar bağışlanılıb.  

Bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. 

2002-ci ildən kiçik bizneslərə xidmət göstərən "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin 90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox gözəl anlayır. "AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına səbəb olur. 

"Mərkəzi Bank, Banklar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihədə banklar bir-birilərini rəqib olaraq görmürlər. Bu layihədə tərəfdaş banklar eyni hədəf üçün çalışırlar – öz biznesini qurub və inkişaf etdirmək istəyənlərə dəstək olmaq. Bu layihə dövlət və ya özəl sektorda çalışaraq karyera qurmaq əvəzinə, sahibkarlıqla məşğul olmaq istəyən istedadlı və yaradıcı insanlar üçündür. "AccessBank” üçün bu layihədə iştirak həm də stereotipləri qıraraq özünü sahibkar kimi sınamaq istəyən cəsur insanlara dəstək olmaq deməkdir.”-deyə "AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov bildirib. 



Qeyd edək ki, "AccessBank” özünüməşğulluq proqramına yazdan etibarən dəstək göstərir və artıq 4 bölgədə layihəni həyata keçirdib. Layihə ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.  


"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol