• $
  • £

Azərbaycanın əhali artımında SARSIDICI GERİLƏMƏ: Yeni doğulanların sayı 22 faiz azalıb

Azərbaycanın əhali artımında SARSIDICI GERİLƏMƏ: Yeni doğulanların sayı 22 faiz azalıb
29.06.2020 20:27
"Balansın oğlan uşaqlarının xeyrinə pozulması da gələcək üçün başqa bir böhran vəd edir”.

Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azalıb. 2019-ci ilin ilk dörd ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda, 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9 faiz artıb. Ötən illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub.

Yenicag.az xəbər verir ki, ölkə əhalisinin təbii artımında qeydə alınan azalmanı şərh edən iqtisadçı Samir Əliyev bu tendensiyanın əsasən, koronavirusla əlaqələndirilməsinin mümkünlüyünü bildirib.
İqtisadçının fikrincə, ölüm statistikasının artmasında koronavirusun təsiri qəbul edilsə də, doğum sayında azalmanın pandemiya ilə bağlılığını söyləmək üçün əsas yoxdur:
"Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42 faiz azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirlərini göstərəcək. Ən azı nikahların 25 faiz azalması bunu deməyə əsas verir.
Məlumat üçün bildirim ki, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Balansın oğlan uşaqlarının xeyrinə pozulması da gələcək üçün başqa bir böhran vəd edir. Şad xəbər budur ki, boşanmalar 23 faiz azalıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün od çərşənbəsidir
Cəmiyyət 00:02
Bu gün od çərşənbəsidir
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:24
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Cəmiyyət 20:21
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
Cəmiyyət 19:00
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Cəmiyyət 17:25
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
Cəmiyyət 17:21
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Cəmiyyət 16:38
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
Cəmiyyət 15:56
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Cəmiyyət 15:48
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol