• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Vətəndaşlar icra hakimiyyəti başçısının birinci müavinini günahlandırır - ŞİKAYƏT/ VİDEO

Vətəndaşlar icra hakimiyyəti başçısının birinci  müavinini günahlandırır - ŞİKAYƏT/ VİDEO
01.07.2020 17:35
Qubanın Küsnətqazma kəndinin sakinləri 22 ildir ki, əllərində dövlət aktı olmasına baxmayaraq haqları olan pay torpaqlarına sahib ola bilmirlər və bu işdə aqrar islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyevi günahlandırır, ali dövlət qurumlarından yardım istəyirlər.

Qubanın Küsnətqazmalar kəndi  Azərbaycanımızın o yaşayış məntəqələrindəndir ki, buranın sakinləri  1998-ci ildə həyata keçirilmiş aqrar islahatların nəticəsi kimi haqları olan pay torpaqlarına sahib ola bilmirlər. Hər bir ailəyə torpaq aktı adında quru kağız parçası təqdim olunsa da, necə deyərlər, lələ köçürülüb yurd yeri ərşəyə çəkilb. Bu gün sakinlərin əlində sadəcə aqrar  islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyevin mürəkkəbi hələ də solmayan möhürlü aktları var.
 
Maraqlıdır akt verilibsə torpaq hanı, yox torpaq yoxdursa dövlət adına aktlar hansı əsasa verilib?. Hələ bu azmış kimi 22 il öncəki saxtakarlıq son illərdə də davam etdirilir. Kənd sakinləri vurğulayır ki, kim istəyirsə ona həmin aktlar əsasında  (müəyyən dırnaqarası görüm-baxımdan sonra )çıxarışlar təqdim olunur. Sənəd təzə, möhür köhnə,  elə Allahverdi müəllimin imzasıyla. Vətəndaşlar  isə torpaq olmasa da quru kağız parçası olan çıxarışı  almağa məcburdurlar. O səbəbdən ki, yoxsa heç bir dövlət imtiyazından bəhrələnə bilmirlər.
 
Hansısa sosial yardımı almaq üçün olmayan torpaq sahəsi üçün çıxarış alıb vergi ödəməlidirlər ki, istəkləri reallaşsın. Küsnətqazmalılar deyir ki, hara  müraciət edirik faydası yoxdur. Çünki, əsrin 1 rübünə (25 il) yaxındır ki, Qubada torpaq oyunbazlığına rəsmi olaraq Allahverdi Xudaverdiyev rəhbərlik edir. İslahat dövründən başlayaraq rayonda Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin şöbə müdiri işləyən bu kəs sonra Kənd Təsərrüfatı şöbəsinin müdiri, indi isə Quba rayon İcra Hakimiyyəti başçısının müavini işləyir.
 
Hələ bu azmış kimi bir qədər öncə DAİM-in  rayon şöbəsinin müdiri vəzifəsindən icra başçısına birinci müavin transfer olunarkən yerinə heç bir yerdə işləməyən bacanağını yerləşdirməyə də nail olub. Bir sözlə, Qubada Allahın verdiyi torpaq da Allahverdilikdir, onu satmaq, icarəyə vermək, əkib becərməyə görə verilən subsidiyaları necə gəldi bölüşdürməkdə.  Hara şikayət edirik, məsələnin araşdırılması rayona qaytarılır ki, haqqımız olan torpaqları bazara çıxarıb satan bu adam qarşısını alır.
 
Dəvələrlə bu özbaşınalıqlar, cinayət əməllərinə qarşı vətəndaş ərizələri əsasında cinayət işləri açılıbsa da, yarımçıq dondurulub. Küsnətqazmalar kəndinin 100-ə yaxın ailəsi isə hələ də o ümidlə yaşayır ki, bitəcək bu zillət. Və bunun üçün dövlətimizin ali qurumlarının rəhbərlərindən ümid diləyirik və əminik ki, xalqımız kimi bizlərin də sevimlisi olan prezidentimiz bu cür torpaq mafiozlarını silib-süpürəcək, bu istiqamətdə kənd adamlarını, alnı tərli, zəhməti ilə torpağa bağlı olan insanlara dəstəyini davam etdirəcək.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol