Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı - VIDEO
![Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı - VIDEO Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı - VIDEO](https://anews.az/photo/850x500/2020-07/1593629118_11.png)
Paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.
Anews.az-ın verdiyi xəbərə görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.
www.anews.az