• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

DİN açıqlama yaydı

DİN açıqlama yaydı
03.07.2020 16:11
Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına kömək məqsədi ilə Azərbaycan Ordusunun bəzi bölmələrinin də bu işə cəlb olunduğunu bildirib.

Anews.az-in xəbərinə görə, bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən bugünədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər:

"Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.

Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib
Siyasət 11:27
Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb
Siyasət 17:35
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb
Prezident Vahid Əzizi təltif edib
Siyasət 14:01
Prezident Vahid Əzizi təltif edib
Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Siyasət 12:06
Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub
Siyasət 19:06
D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub
Azərbaycan və Türkiyə parlamentləri arasında təcrübə mübadiləsinin genişlənməsi müzakirə olunub
Siyasət 17:08
Azərbaycan və Türkiyə parlamentləri arasında təcrübə mübadiləsinin genişlənməsi müzakirə olunub
Prezident fərman imzalayıb
Siyasət 16:27
Prezident fərman imzalayıb


Vilayət Eyvazov Gürcüstana səfər edib, saziş imzalanıb
Siyasət 12:40
Vilayət Eyvazov Gürcüstana səfər edib, saziş imzalanıb
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycana gəlib
Siyasət 11:02
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol