• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bu şəxs üç media qurumunu məhkəməyə verdi

Bu şəxs üç media qurumunu məhkəməyə verdi
04.07.2020 15:31
"Baku Steel Company” nin rəhbəri Rasim Məmmədov yenidən mətbuatın üzərinə hücuma keçib.

Anews.az-ın Unikal.org-a istinadən məlumatına görə, iyunun 11-də  "Reaksiya" TV  "Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov tərəfindən xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə verilmişdi. Həmin vaxt məhkəmə əsaslar olmadığı üçün işi icrata götürməkdən imtina etmişdi.
 
R. Məmmədov bu dəfə isə başqa yola əl atıb. O, "Reaksiya" TV-ni indi də mülki qaydada Səbael Rayon Məhkəməsinə verib. R. Məmmədov "Reaksiya" TV-yə 100 min manat məbləğində iddia qaldırıb.

Maraqlısı odur ki, bu R. Məmmədovun mətbuata qarşı ilk hücumu deyil. Belə ki, o buna qədər "Yeni Müsavat" qəzetinə və  "Azpolitika.info" saytına qarşı da iddia qaldıraraq təzminat tələb edib. Bir ilə yaxındır ki, məhkəmə çəkişməsi hələ də davam edir.

Bir sözlə, o  Azərbaycanda fəaliyyət göstərən müstəqil mediadan əl çəkmir. R. Məmmədov  tənqidə dözümsüzlük nümayiş  etdirdiyi üçün müstəqil medianı məhkəmə vasitəsi ilə susdurmaq istəyir. Əgər o, mətbuat üçün əlçatan olsaydı hazırki situasiya yaranmaz və fərqli mənzərənin şahidi olardıq. Amma görünən odur ki, R. Məmmədov ölkədə yaradılan azad media mühitinə qarşı öz çirkin əməllərindən əl çəkmir. 

Bununla bağlı media eksperti  Ələsgər Məmmədli Unikal.org-a açıqlamasında bildirib ki, mətbuat azadlığı qorunmalıdır və mətbuat  ictimai nəzarət funksiyasını həyata keçirir. Ə. Məmmədli qeyd edib ki, əsassız olaraq jurnalistlərin üzərinə hücuma keçmək və onların məhkəməyə verilıməsi yolverilməzdir.  
Ə. Məmmədli hesab edir ki, belə hallarla bağlı əsas vəzifə məhkəmələrin üzərinə düşür və bu məhkəmələr ədalətli hökmlər çıxarmalıdır. Ekspertin sözlərinə görə, jurnalist qanunla müəyyən edilmiş hüquqlarından istifadə etməli, lazımi məlumatı əldə edə bilməlidir. Onun sözlərinə görə, jurnalist istədiyi informasiyanı ala bilmədikdə şişirtmələrə də yol verə bilər: "Bu Avropa Konvensiyasında da nəzərdə tutulub. Media üçün həmin məlumat gizli saxlanıldığı təqdirdə bu hallardan istifadə edilə bilər."

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Cəmiyyət 12:35
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Cəmiyyət 12:26
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Dekabrın son gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:13
Dekabrın son gününün hava proqnozu açıqlanıb
DİN Bakının 3 rayonunda narkotiklə bağlı əməliyyat keçirib
Cəmiyyət 11:41
DİN Bakının 3 rayonunda narkotiklə bağlı əməliyyat keçirib
115 şəhid ailəsinə mənzillər təqdim edilib
Cəmiyyət 11:31
115 şəhid ailəsinə mənzillər təqdim edilib
Bakıda qumbara tapılıb
Cəmiyyət 11:29
Bakıda qumbara tapılıb
200 manatlıq birdəfəlik yardım ödənilib
Cəmiyyət 11:09
200 manatlıq birdəfəlik yardım ödənilib
Sabah Bakıda atəşfəşanlıq olacaq
Cəmiyyət 10:57
Sabah Bakıda atəşfəşanlıq olacaq
Masallıda kanaldan meyit tapılıb
Cəmiyyət 10:24
Masallıda kanaldan meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol