• $
  • £

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı
09.07.2020 23:00
ABŞ-ın Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindəki həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilir.
Bu barədə "Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar FDA (ABŞ-da Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş və hepatit C-yə qarşı istifadə olunan "boseprevir” və "GC-376” antiviral dərmanların virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazanı hədəf aldıqlarını müəyyən ediblər.
Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib.
Qeyd olunur ki, "GC-376” peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicə vasitəsidir.

Koronavirusa qarşı digər bir namizəd isə antitumor aktivliyi olan, neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorlarıdır.

Xatırladaq ki, Rusiyanın "R-Farm” şirkəti yüngül və orta dərəcəli COVID-19 xəstəliyinin terapiyasında istifadə olunacaq "Koronavir” preparatının qeydiyyatını başa çatdırıb. Bu preparat Rusiyada və dünyada SARS-CoV-2-nin fəsadları ilə deyil, birbaşa virusun özü ilə mübarizə aparan ilk dərman vasitəsi hesab olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tbilisi Almaniya XİN-ə şifahi nota verib
Dünya 12:59
Tbilisi Almaniya XİN-ə şifahi nota verib

Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Dünya 12:03
Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Rusiya bu ölkələrə ultimatum verib
Dünya 10:50
Rusiya bu ölkələrə ultimatum verib
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
Dünya 10:00
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Dünya 09:00
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Dünya 00:14
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Tehrandakı sinaqoq bombalanıb
Dünya 22:28
Tehrandakı sinaqoq bombalanıb
İran Fransa vətəndaşlarını azad edib
Dünya 19:40
İran Fransa vətəndaşlarını azad edib
Dağıstanda regional fövqəladə vəziyyət elan edildi
Dünya 18:20
Dağıstanda regional fövqəladə vəziyyət elan edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol