• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim -Qeydiyyat üçün son gün

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim -Qeydiyyat üçün son gün
13.07.2020 14:26
Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, qlobal Unite Edelman şirkətinin təşkilati dəstəyi ilə sabah saat 14.00-da Bakı Marketinq Forumu başlanır. Bu gün qeydiyyat üçün sonuncu gündür.

Onlayn formatda keçirilən forumun mövzusu "Dəyişən müştəri davranışlarına uyğun brend hekayəsinin yaradılması”na həsr edilib.

Tədbir biznes sahibləri, marketinq və reklam direktorları, korporativ rəhbərlər, eləcə də biznes və marketinq sahəsinə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulub. Burada məqsəd COVID-19- un təsiri ilə bazar trendlərində, müştəri davranışlarında baş verən dəyişiklikləri təhlil etmək, vəziyyətə
uyğun real həllər tapmaqdan ötrü ən yaxşı beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.

Bakı Marketinq Forumu iki sessiyadan ibarət olacaq. Birinci sessiyada daha çox inam effektinə diqqət yönələcək. İştirakçılar McKinsey şirkətinin hesabatına əsasən, COVID-19-un müştəri ilə brend arasındakı əlaqələrdə yaratdığı əsas fəsadlar haqqında öyrənəcəklər. Yeni şəraitdə müştərilərin məhsul
və xidmətlərdən əsas gözləntiləri barədə təhlili məlumatlar təqdim olunacaq.

Forumun ikinci sessiyası isə müştəri düşüncəsindəki qeyri-müəyyənliklərin həlli məsələlərinə həsr ediləcək. Bu sessiyada əsasən, COVID-19 şəraitində B2C və B2B modeli üzrə müştəri və məhsul arasındakı münasibətlər haqqında fikirlər dinləniləcək. Bizneslərin yeni vəziyyətlə üzləşdiyi zamanda
brend hekayələrinin müştərilərin ehtiyac və vərdişlərinə uyğunlaşdırılması yolları axtarılacaq.

Forumun spikerləri Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, McKinsey, Edelman, Unilever, TAB Food Investments, Azercell şirkətlərinin marketinq sahəsində beynəlxalq təcrübəyə malik ekspertləridir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib: "İstənilən böyük dəyişiklik bizneslər üçün müxtəlif problemlərlə yanaşı, yeni fürsətlər də gətirir. COVID-19 da bu baxımdan istisna sayılmamalıdır. Qlobal brendlərin iştirakı ilə belə bir forumun keçirilməsi isə mövcud vəziyyətin düzgün dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması və şəraitə uyğun həllərin tapılması baxımından faydalı olacaq. Bakı Marketinq Forumu bizim üçün bir başlanğıcdır. Belə bir təcrübə mübadiləsi ənənəsini biznes üçün digər əhəmiyyətli istiqamətlərdə də davam etdirəcəyik”.

Bakı Marketinq Forumu haqqında ətraflı məlumatları buradan öyrənmək və tədbirdə iştirak üçün qeydiyyatdan keçmək olar. Forumda iştirak ödənişsizdir. Tədbir Azərbaycan dilində keçiriləcək,

ingilis dilinə sinxron tərcümə təmin ediləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol