• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
13.07.2020 14:33
"Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün "Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə
çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin
təşviqinə dəstək olmaqdır.

Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.

Müsabiqənin şərtləri:

1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.

2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.

3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.

4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla
bilər.

5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.

6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının "Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər.

7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
 
Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur.
 
Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol