190 manata qarpız alan qardaşlar peşman olub - VİDEO

190 manatlıq birdəfəlik ödəməni alaraq onu xoşagəlməz şəkildə istifadə edən qardaşlar peşman olduqlarını bildiriblər.
"Qafqazinfo” xəbər verir ki, onların bununla bağlı videosu sosial şəbəkələrdə yayılıb. Ruslan və Coşqun Quliyevlər bildiriblər ki, dövlətin onlara verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etmədiklərini sonradan başa düşüblər:
Qeyd edək ki, 23 yaşlı Ruslan Quliyev yutuberdir və 260 mindən yuxarı abonesi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq video çəkib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər