• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Prezidentin köməkçisi: "Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir"

Prezidentin köməkçisi:
14.07.2020 12:01
Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World” kanalına müsahibə verib.

Anews.az xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artileriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb.

O, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığını qeyd edib: "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olub. Məlum hadisə təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır”.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb: "Beynəlxalq ictamaiyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkə sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır və bu, artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına qayıda bilmir”.

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVID-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb, habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı  Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə, Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər
Siyasət 10:59
Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Siyasət 21:18
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Siyasət 18:30
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Siyasət 15:40
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Siyasət 11:29
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Siyasət 20:55
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Siyasət 18:08
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
Siyasət 16:42
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək
Siyasət 12:24
Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol