“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

Koronavirus (COVID-19) infeksiyası ölkəmizdə yayılmağa başladığı andan dövlətin virusla mübarizəsində aktiv iştirak edən "Nar”, həkimlərə növbəti dəfə dəstək olub.
Belə ki, mobil operator virusa yoluxmuş insanların müalicəsi üçün çalışan və koronavirusun yayılmasının qarşısının alınmasın üçün əlindən gələni edən tibb personalını yenidən pulsuz rabitə ilə təmin edib. "Nar” Səhiyyə Nazirliyi ilə bərabər koronavirusla mübarizəyə qoşulmuş bir sıra xəstəxanaların və poliklinikaların həkimlərinin "Nar” nömrələrinin balansını artırıb. Məqsəd həkimlərin "COVID-19” infeksiyasına yoluxmuş şəxslərlə
mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.
AZN dəyərində "Nar” ödəmə kartları paylamışdı.
Qeyd edək ki , "Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 