Unibank hüquqi şəxslərə də onlayn hesab açmaq imkanı yaratdı

Unibank biznes sahibləri üçün onlayn xidmətlərini genişləndirir. Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, hüquqi şəxs olan sahibkarlar üçün də onlayn bank hesabı açmaq xidmətini istifadəyə verib.
Bir neçə ay əvvəl fərdi sahibkarlara təqdim olunan bu xidmət, artıq hüquqi şəxs olan biznes sahiblərinə də əlçatandır. İndi hüquqi şəxs olan sahibkarlar da banka gəlmədən, öz iş yerlərindən onlayn hesab aça biləcəklər.Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirməyə görə banka gəlməyə ehtiyac qalmır.
"Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:
olursunuz;
- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;
rekvizitlər sizin elektron poçtunuza göndərilir;
və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 