• $
  • £

Şevardnadzenin vəsiyyəti açıqlandı

Şevardnadzenin vəsiyyəti açıqlandı
08.07.2014 16:26
Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin vəsiyyəti açıqlanıb. Söhbət sabiq prezidentin harada dəfn olunması ilə bağlı etdiyi vəsiyyətdən gedir.“Media forum” saytı xəbər verir ki, Şevardnadzenin vəsiyyətini onun sözçüsü olmuş Marina Davitaşvili açıqlayıb. Aydın olub ki, Eduard Şevardnadze mərhum xanımı Nanuli Saqareyşvilinin yanında dəfn olunmasını vəsiyyət edib.Marina Davitaşvili bəyan edib ki, vəsiyyətnaməyə uyğun olaraq sabiq prezidentin xanımının yanında basdırılmasına qərar verilib.Nanuli Saqareyşvili 2004-cü ilin oktyabrında vəfat edib. Eduard Şevardnadze mərhum xanımını evinin həyətində torpağa tapşırıb. Şevardnadzenin həmin evi paytaxt Tbilisinin yaxınlığında yerləşir.Eduard Şevardnadze iyulun 8-də 86 yaşında Tbilisidə vəfat edib. Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb. 1992-2003-cü illərdə müstəqil Gürcüstan dövlətinə rəhbərlik edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
ABŞ İranla müharibədə itkilərinin sayını açıqlayıb
Dünya 10:41
ABŞ İranla müharibədə itkilərinin sayını açıqlayıb
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
Dünya 22:00
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
Kreml Vaşinqtona xəbərdarlıq edib
Dünya 21:30
Kreml Vaşinqtona xəbərdarlıq edib
"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək
Dünya 20:00
"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək
Serbiya iqtisadi artım tempinə görə Avropada lider ola bilər - Vuçiç
Dünya 18:30
Serbiya iqtisadi artım tempinə görə Avropada lider ola bilər - Vuçiç
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
Dünya 17:43
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
İrandan müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq
Dünya 15:30
İrandan müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol