Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib - VİDEO
![Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib - VİDEO Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib - VİDEO](https://anews.az/photo/850x500/2020-07/1595393137_11.jpg)
Ermənilərin daha çox yaşadığı ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma yaşanıb, - bu barədə Anews.az-a jurnalist Qənirə Ataşova məlumat verib.
Onun sözlərinə görə, hətta polis ermənilərin qarşısını ala bilməyib. "Ermənilər Qarabağla bağlı protest təşkil edib. Bizimkilər də hadisə yerinə gəlib "Qarabaq" şüarını səsləndirməyə başlayıblar. Amma ermənilərin sayı çox olub. Polis azərbaycanlıları ermənilərin əlindən almağa çalışsa da onlar polisə belə şiddət edərək bizimkiləri döyməyə başlayıb. Bu bir daha sübut edir ki, ABŞ-ın mərkəzində belə vəhşilik edən millət Xocalıda da qırğınlar törədə bilərdi", deyə jurnalist vurğulayıb.
Ataşovanın sözlərinə görə, döyülən yeddi azərbaycanlı xəstəxanaya yerləşdirilib, aralarında reanimasiyaya qoyulanlar da var.
Jurnalist bildirir ki, Los-Ancelesdəki Azərbayca konsulluğunun işçiləri polisin ermənilərlə əlbir olmaqda şübhələnir. "Çünki bizimkilər ermənilərdən aralı dayanıbmış. Onları ermənilər tərəfə polis keçirib. Bundan sonra bizimkiləri döyməyə başlayıblar", - deyə Ataşova əlavə etdi.
Mahir Rüstəmli
![](https://anews.az/file/articles/2020-07/1595394880_13.jpg)
![](https://anews.az/file/articles/2020-07/1595394895_14.jpg)
![](https://anews.az/file/articles/2020-07/1595394911_16.jpg)
![](https://anews.az/file/articles/2020-07/1595394888_17.jpg)
![](https://anews.az/file/articles/2020-07/1595394909_15.jpg)
www.anews.az