• $
  • £

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi
24.07.2020 14:44
Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər.

Şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya,
overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında "Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bazarstore”da Ramazan endirimləri başladı
Cəmiyyət 10:04
Bazarstore”da Ramazan endirimləri başladı
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Reklam 15:20
Doğuş Teknoloji Agentic AI Vizyonunu Qlobal UiPath FUSION Turunun Bakı Tədbirinə Daşıdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol